Ukraynanın Azərbaycandakı səfirliyində bu ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Məntəqə Seçki Komissiyası fəaliyyətə başlayıb.
ONA-nın səfirliyə istinadən verdiyi məlumat görə, məntəqə hər gün saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək. Seçki günü-martın 31-də Azərbaycanda olacaq və burada yaşayan Ukrayna vətəndaşları Bakı vaxtı ilə saat 8:00-dan saat 20:00-a kimi səs verə bilərlər.