• SİYASƏT

    17:24 21 iyul 2019

Ukraynalı nazir ölkəsinin Bakıdakı səfirliyində səs verib

Ukraynanın gənclər və idman naziri İgor Jdanov ölkəsində keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyində təşkil olunan seçki məntəqəsində səs verib.

APA-nın xəbərinə görə, bu barədə İ.Jdanov öz rəsmi "Facebook" səhifəsində məlumat yayıb.

Nazir səfirliyə səsverməni təşkil etdiyinə görə minnətdarlığını bildirib: "Öz vətəndaş vəzifəmi yerinə yetirdim. Siz də harada olmağınızdan asılı olmayaraq, səsvermədə iştirak edin və öz şüurlu seçiminizi edin".

Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR