Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski olacaq.
ONA-nın məlumatına görə, bununla bağlı Ukrayna prezidenti Petro Poroşenko fərman imzalayıb.
Vladislav Kanevski əvvəllər Ukrayna Xarici İşlər Nazirliyi Katibliyi Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri - departament direktorunun müavini vəzifəsində çalışıb.