• SİYASƏT

    20:44 10 may 2019

Ümummilli lider Heydər Əliyevin 96 illiyi Ankarada qeyd olunub

Türkiyənin paytaxtı Ankarada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı tədbir keçirilib.

ONA-nın Türkiyə bürosundan verilən xəbərə görə, tədbir Ankaranın Batıkənd rayonunda, Heydər Əliyevin adını daşıyan məktəb və parkda baş tutub.

Tədbir zamanı Heydər Əliyev parkında ümumilli liderin heykəli önünə gül dəstələri qoyulub. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Milli Məclisin komitə sədri

Əhliman Əmiraslanov, millət vəkilləri, Türkyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, sədr müavini Orxan Erdem, dostluq qrupunun keçmiş sədri Necdət Ünüvar və Heydər Əliyev məktəbinin direktoru Necattin Şəngəzər çıxış ediblər. Tədbir iştirakçıları Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafı yolundakı xidmətlərindən, Azərbaycanın və Türkiyənin birgə inkişafı üçün göstərdiyi səylərdən, türk dünyasındakl fəaliyyətlərindən söhbət açıb.

Daha sonra ümumilli liderin adını daşıyan məktəbdə şagirdlərin iştirakı ilə proqramın bədii hissəsi olub. Heydər Əliyevin xatirəsinə şeirlər səsləndirilib.

Tədbirin sonunda Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi Heydər Əliyevlə bağlı keçirilmiş inşa, şeir və rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR