• SİYASƏT

    15:36 2 may 2019

Uruqvay xarici işlər naziri: “Bakı Forumu mədəniyyətlərarası dialoq üçün mühüm platformadır”

“Bakı Forumu müasir dünyada mədəniyyətlərarası dialoqun aparılması üçün mühüm platformadır”.

ONA-nın məlumatına görə, bunu Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş Nazirlərin Yüksək Səviyyəli Görüşündə “Dəqiq transformatik fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda plenar sessiyada Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa deyib.

Nazir bildirib ki, bu gün dünyada böyük miqrasiya böhranı müşahidə olunur: “Bir zaman Afrikadan işçi kimi gətirilən insanlar bu gün Uruqvay cəmiyyətinin layiqli üzvləridir. Miqrantlar ölkənin iqtisadi, sosial, siyasi həyatına mühüm töhfə verir və Uruqvay miqrantlara belə yanaşır. İstənilən diskriminasiya yolverilməzdir. Etnik cəhətdən zəngin olan Uruqvay bütün mədəniyyətlərə hörmətlə yanaşmağın tərəfdarıdır. Uruqvay Bakı Forumunu dəstəkləyir. Dialoq nəticəsində dünya daha təhlükəsiz ola bilər”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR