• SİYASƏT

    11:14 12 aprel 2019

Valentina Matviyenko “Dostluq” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Valentina Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V. Matviyenko Rusiya Federasiya Şurasının sədridir.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR