Valentina Matviyenko Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib - [color=red]YENİLƏNİB[/color]
  • SİYASƏT

  • 14:02 12 Aprel 2019

Valentina Matviyenko Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib - YENİLƏNİB

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko aprelin 12-də Şəhidlər xiyabanını ziyarət edib.

ONA "Azərtac"a istinadən xəbər verir ki, Valentina Matviyenko ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***

13.56

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Fəxri xiyabanı ziyarət edib.

ONA “Azərtac”a istinadən xəbər verir ki, V. Matviyenko Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. O, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.

Gülşən Hacıyeva

Teqlər: Matviyenko bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR