• SİYASƏT

    17:30 23 may 2019

Vətəndaşlar hansı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilməzlər?

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsində nəzərdə tutulmayan məsələlər məlum olub.

ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsində bildirilib.

Qanun layihəsinin 3-cü maddəsində göstərilib ki, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində aşağıdakı məsələlər nəzərdə tutula bilməz:

1. Dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;

2. Əmək haqqının məbləği və onun ödənilməsi qaydası;

3. Cinayət və ya inzibati xətalar;

4. Ailə münasibətləri;

5. Ərazi quruluşu və inzibati ərazi bölgüsü;

6. Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;

7. Seçki və referendum;

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad;

9. Amnistiya;

10. Seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.


Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR