Slovakiyanın paytaxtı Bratislavada "Vişeqrad qrupu" və "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilir.
ONA-nın xəbərinə görə, bu barədə Avropa Genişləndirmə və Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han öz "Twitter" səhifəsində yazıb. O bildirib ki, "Şərq tərəfdaşlığı"nın ildönümü ərəfəsində son 10 il ərzində əldə olunan nailiyyətlər və "Şərq tərəfdaşlığı"nın gələcəyi müzakirə olunur.