• SİYASƏT

    14:31 8 may 2019

Putin Qələbə günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 9 May - Qələbə günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

ONA-nın Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Vladimir Putin Böyük Vətən müharibəsinin başa çatmasının 74-cü ildönümü münasibətilə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

"Döyüş meydanlarında işğalçılara qarşı cəsarətlə döyüşən və arxa cəbhədə fədakarlıq göstərən qəhrəmanları hörmətlə anırıq. Bizim ümumi vəzifəmiz onların çoxsaylı fədakarlıqlarını hər zaman xatırlamaq, müharibə veteranlarını qayğı və diqqəti ilə əhatə etməkdir ", - deyə Rusiya dövlətinin rəhbəri bildirib.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR