• SİYASƏT

    13:02 7 mart 2019

Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

ONA-nın xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin”.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR