• SİYASƏT

    11:23 19 aprel 2019

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri Şamaxıya gedib

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfərdədir.

ONA-nın xəbərinə görə, səfərdə Azərbaycandakı diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edir.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.

Bildirilir ki, səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlar ilə görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.

Səfər Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi və Həydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR