Bir qrup səyyahın Kəlbəcərə səfəri başlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, xarici ölkələrdən olan qonaqlar səhər saatlarında Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə yola düşüblər.
Xarici səyyahlar Kəlbəcər rayonunun mərkəzindəki Bayraq meydanında olublar. Onlar burada ermənilər tərəfindən dağıdılmış evlərlə tanış olublar.
Səfərdə Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan 24 nəfər dünyaca tanınmış səyyah iştirak edir.
Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcək, İstisu qəsəbəsindəki mineral bulaqlarla tanış olacaq.
Günün ikinci yarısından sonra heyət Laçın dəhlizinə yola düşəcək.
Daha sonra səyyahların Qubadlı rayonu ilə tanışlığı gözlənilir.
Sabah isə onlar Zəngilanda inşa edilən hava limanına və Ağalı kəndinə baş çəkiləcək.
Qeyd edək xarici səyahlar ötən gündən işğaldan azad edilən Xocavənd, Ağdam və Şuşa şəhərinə səfər ediblər.