• SİYASƏT

    17:20 16 sentyabr 2020

Xələf Xələfov: "Azərbaycan Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir"

“Azərbaycan Türk Şurasına sədrliyi dövründə türk dövlətlərinin birliyinin gücləndirilməsi üçün imkanlarını səfərbər edib”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Azərbaycan tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində önəmli rol oynamış Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir və gərginliyin tezliklə həllini tapacağına inanır: “Azərbaycan bu mübarizədə daim Türkiyənin yanında olacaq”.

Xarici İşlər nazirinin müavini qeyd edib ki, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan könüllüləri ilə 102 il əvvəl Bakını daşnak-bolşevik işğalından azad edib: “Azərbaycan və Türkiyə münasibətləri indiki qədər heç vaxt belə yüksək səviyyədə olmayıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı dönməz xarakter alıb. Biz “tək millət, iki dövlət” olaraq strateji məsələlərdə vahid mövqedən çıxış etmək imkanımız var”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR