Gələn həftə Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək.
ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, həmin görüşdə məsləhətləşmələr aparılacaq: “Həmin məsləhətləşmələr çərçivəsində biz komissiyasının iclasının gündəliyini və vaxtını müəyyən edəcəyik”.