“Fransa region üçün ağrılı problem olan Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konfliktinin həlli üçün çalışan ATƏT Minsk Qrupunun həmsədrlərindən biridir. Status-kvo qəbuledilməzdir və Fransa da digər ATƏT Minsk qrupunun həmsədrləri kimi bunu dəfələrlə bəyan edib”.
APA-nın xəbərinə görə, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.
O, əlavə edib ki, Fransa konfliktin ədalətli həlli istiqamətində səylərini daha da gücləndirəcək: “Biz inanırıq ki, Fransa Cənubi Qafqazda sülhə və inkişafa ən böyük təhdid olan bu konfliktin ədalətli və davamlı həllinin tapılması istiqamətində səylərini daha da gücləndirəcək”.