• SİYASƏT

    17:45 17 aprel 2019

Xəzər dənizi məsələləri yüksək səviyyəli işçi qrupunun iclası başa çatıb

Xəzər dənizi məsələləri yüksək səviyyəli işçi qrupunun Nur-Sultanda keçirilmiş iclası başa çatıb.

ONA-nın məlumatına görə, iclasın yekununda qəbul olunmuş kommünikedə deyilir ki, görüşdə tərəflər Xəzər dənizində birbaşa çıxış xətlərinin qurulmasının metodikasına dair Saziş layihəsi barədə müzakirələr aparıblar və onun bir sıra müddəalarını razılaşdırıblar.

Saziş üzrə danışıqlar növbəti iclasda da davam etdiriləcək.

Həmçinin iclasda Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin icmalı nəzərdən keçirilib, 5-ci Xəzər Sammitinin yekununda əldə olunmuş razılaşmaların reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

İclasda Azərbaycan tərəfdən işçi qrupunun rəhbəri Xələf Xələfov, İrandan R. Nəzər Axari, Qazaxıstandan Z.A. Amancolova, Rusiyadan, İ.B.Bratçikov və Türkmənistandan M.Q.Atacanov iştirak edib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR