Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 2-ci iclası apreldə Qazaxıstanda keçiriləcək. ONA-nın məlumatıma görə, bu barədə fevralın 19-20-də işçi qrupunun Bakıda keçirilmiş birinci iclasının yekununda qəbul edilmiş kommunikedə deyilir. Sənəddə vurğulanır ki, Bakıda keçirilmiş görüşdə tərəflər 5-ci Xəzər Sammitinin yekununda əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar. Həmçinin görüşdə əldə olunmuş sazişlər üzrə dövlətlərarası prosedurların yerinə yetirilməsi, xüsusilə Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın təsdiqlənməsi məsələləri də müzakirə edilib.