• SİYASƏT

    09:11 2 aprel 2019

Aprelin 16-17-də Xəzər məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun iclası keçiriləcək

Xəzər məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun 2-ci iclası aprelin 16-17-də Nur-sultanda keçiriləcək.

ONA-nın məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aybek Smadiyarov RİA Novosti-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, tərəflər artıq iştiraklarını təsdiq ediblər.

Qeyd edək ki, işçi qrupunun ilk iclası fevralın 19-20-də Bakıda keçirilib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR