• SİYASƏT

    13:57 25 yanvar 2020

XİN: Azərbaycan Türkiyə ilə birlikdədir və hər cür yardım göstərməyə hazırdır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

ONA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirib.

“Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, - deyə qeyd olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR