• SİYASƏT

    18:05 12 sentyabr 2019

XİN: Azərbaycan Ukrayna hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”ə münasibət bildirib.

ONA-nın xəbərinə görə, L. Abdullayeva bildirib ki, Azərbaycan XİN Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir: “Buna görə də, Azərbaycan Respublikası Ukrayna hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR