• SİYASƏT

    01:44 15 noyabr 2020

XİN: Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması barədə məlumat yalandır

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

ONA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən bildirilib.

"Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır", - deyə məlumatda qeyd olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR