• SİYASƏT

    10:18 27 dekabr 2019

XİN: Qazaxıstanda təyyarə qəzasında xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən Almatıda baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb.

ONA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva APA-ya bildirib.

Qeyd edək ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 15 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR