"Avropa İttifaqı ilə razılaşma Azərbaycana maraqlıdır".
ONA-nın Moskva müxbirinin xəbərin görə, bu sözləri Moskvada jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avropa ittifaqı (Aİ) ilə yeni saziş imzaladıqdan sonra Avropayönümlü siyasət yürüdəcəyinə dair sualı cavablandırarkən deyib.
O bildirib ki, sənəd artıq yekunlaşmaq üzrədir. “Bu sənəddə böyük bir sahə - ticarətlə bağlı müzakirələr qalıb. Qalanını razılaşdırmışıq. Diplomatiyada ağ-qara kino olmur. Bəli, bu razılaşma bizə maraqlıdır. Biz də özümüzə bazar açırıq. Ötən gün Brüsseldə enerji bölməsini müzakirə etdik. 2020-ci ildə qaz Azərbaycandan İtaliya bazarına çatacaq, amma Balkan bazarı da var. Burada heç kəsi qorxutmaq lazım deyil. Belə qayda yoxdur ki, “bizimlə deyilsənsə, bizim əleyhimizəsən". Dünya dəyişir. Hazırda bizim qarşımızda ciddi danışıqlar var. Amma prinsipcə, əminəm ki, bu razılaşma Rusiyaya da maraqlı olacaq”.