Son zamanlar bəzi kütləvi informasiya vasitələrində ölkəmizin Avropa İttifaqı (İA) ilə apardığı yeni saziş üzrə danışıqlara istinad edilərək, Aİ-nin ölkəmizin ərazi bütövlüyünü dəstəkləmədiyi ilə bağlı məlumatlar yayılır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva ONA-ya bildirib ki, bu, həqiqəti əks etdirmir: "Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir. Sizi əmin edirəm ki, Aİ ilə Azərbaycan arasında imzalanmış digər ikitərəfli və çoxtərəfli sənədlərdə, Aİ institutları tərəfindən son illərdə qəbul edilmiş qətnamə və bəyanatlarda olduğu kimi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü heç vaxt müzakirə predmedi olmayıb və ola da bilməz”.