“Azərbaycan Hindistan və Pakistanı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağıran ölkələrin səsinə qoşulur”.
Bu sözləri XİN-in mətbuat katibi Leyla Abdullayeva ONA-ya açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan, Cənubi Asiyada sülh və təhlükəsizlik üçün zəruri olan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir: “Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bölgədə zorakılığa son qoyulması, eləcə də sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönələn bütün səyləri dəstəkləyir”.