• SİYASƏT

    10:06 29 oktyabr 2024

XİN: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Respublikasını Cümhuriyyət Günü münasibətilə təbrik edib.

ONA xəbər verir ki, təbrikdə deyilir:

"29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik.

Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik.

Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə Respublikası, habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq".

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da "X" sosial şəbəkəsində bununla bağlı paylaşım edib.

Paylaşımda bildirilir:

"Bu gün, qardaş və müttəfiq Türkiyə Respublikasının yaradılmasından 101 il ötür.

Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq.

Bayramınız mübarək!".

ONA

Teqlər:

SON XƏBƏRLƏR