“Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin sonuncu görüşü ötən il oktyabrın 29-da İstanbulda keçirilib. Növbəti toplantıya ev sahibliyi edəcək Gürcüstanın görüşün tarixini müəyyənləşdirməsi gözlənilir”.
Bu barədə ONA-nın Türkiyə bürosuna Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, həmçinin, Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti görüşünün tarixini də toplantıya ev sahibliyi edəcək Türkmənistan tərəfi bəyan etməlidir: “Bununla yanaşı, bu ilin fevralında Pakistanın paytaxtı İslamabadda keçirilməsi nəzərdə tutulan Türkiyə, Azərbaycan, Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü ev sahibliyi edəcək ölkə tərəfindən təxirə salınmışdı. Buna görə də görüşün tarixinin Pakistan tərəfindən təyin ediləcəyi gözlənilir”.