• SİYASƏT

    16:25 23 aprel 2019

XİN: Azərbaycanla Aİ arasında sazişin mayın 13-də imzalanması nəzərdə tutulmayıb

Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz mayın 13-də imzalanması nəzərdə tutulmayıb.

Bu sözləri ONA-ya açıqlamasında XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.

“Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”,- deyə o bildirib.

Qeyt edək ki, bu gün parlamentin iclasında Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanla Aİ arasında yeni sazişin mayın 13-də imzalanacağının nəzərdə tutulduğunu deyib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR