“Keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.
ONA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 2020-ci ildən bəri Azərbaycanın mina qurbanların sayı 290 nəfərdir.
“Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir”, - məlumatda deyilir.