Laçın yolunun blokadası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, dinc etiraz aksiyası keçirən eko-fəallar öz tələblərini dəqiqliklə ifadə ediblər. Belə ki, onlar ekoloji terrora qarşı olduqlarını bəyan ediblər.
XİN rəhbəri vurğulayıb ki, təcili tibbi yardım maşınları, Rusiya sülhməramlı kontingentinin konvoyu, BQXK-nini avtonəqliyyat vasitələri Laçın-Xankəndi yolundan maneəsiz hərəkət edir.