• SİYASƏT

    10:53 6 may 2019

XİN: Rusiyada baş vermiş təyyarə qəzasında ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur

Rusiyada baş vermiş təyyarə qəzasında ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur. Bu barədə ONA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında “Sheremetevo” hava limanından qalxdıqdan 28 dəqiqə sonra məcburi eniş edən “Sukhoi Superjet 100” sərnişin təyyarəsinin yanması nəticəsində 41 nəfər ölüb. Qəza zamanı 37 nəfər sağ qalıb. “Aeroflot”a məxsus təyyarə Moskvadan Murmansk istiqamətində uçmaq üçün havaya qalxıb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR