Azərbaycan Xarici İşlər Nazirliyi Yeni Zelandiyada 2 məsciddə baş vermiş atışma ilə bağlı başsağlığı verib.
ONA-nın xəbərinə görə, bu barədə məlumat nazirliyinin “twitter” səhifəsinə yerləşdirilib. “Yeni Zelandiyanın Kraystçerç şəhərində 2 məsciddə baş vermiş atışma ilə bağlı xəbərlərdən kədərləndik. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığımızı bildirir, yaralıların tezliklə sağalmasını diləyirik”,- deyə açıqlamada qeyd olunub.
Bu gün səhər saatlarında Yeni Zelandiyanın Kraystçerç şəhərində 2 məscidə silahlı hücum olub. Hadisə nəticəsində 40 nəfər ölüb, 47 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Atəş açanlardan biri- Avstraliyanın Qrafton şəhərinin sakini Brenton Tarrant hazırda axtarışdadır. Hadisədə şübhəli bilinən daha 4 nəfər saxlanılıb.