"Azərbaycanla siyasət və enerji baxımından ortaq mövqedən çıxış edirik. Bu gün Bakıda biznes forum oldu. Yaxın gələcəkdə Zaqrebdə də biznes forum keçiriləcək. İqtisadi məsələlərlə bağlı hökumətlərarası komissiyanın ilk iclası bu ilin sonu və ya gələn ilin əvvəlində keçiriləcək. Bu, bir sıra məsələlərin müzakirəsi baxımından imkanlar açacaq".
ONA-nın məlumatına görə, bu sözləri Xorvatiya baş nazirinin müavini, Xarici İşlər və Avropa məsələləri naziri, xanım Mariya Peyçinoviç Buriç Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Xorvatiyalı nazir qeyd edib ki, iki ölkənin qarşılıqlı maraqları mövcuddur: "Xorvatiya şirkətləri Azərbaycanda enerji, kənd təsərrüfatı, turizm sahəsində imkanlarla maraqlanır. Əminəm ki, gələn görüşlərdə daha ürəkaçan rəqəmlər açıqlanacaq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişi dəstəkləyirik. Bu, həm də bizim aramızda qarşılıqlı əlaqələri inkişaf etdirmək baxımından önəmli sənəddir və bu, Şərq Tərəfdaşlığının önəmli tərkib hissəsidir. Biz layihələrin genişləndiriliməsinə çalışacağıq".