YAP-da AXC-nin yaranmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib - [color=red]FOTO[/color]
  • SİYASƏT

  • 13:29 25 May 2019

YAP-da AXC-nin yaranmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə YAP sədrinin müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov, YAP İcra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin deputatları, partiya və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini, Baş Nazirin müavini Əli Əhmədov bu tarixin Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söyləyib. Ə.Əhmədov həmçinin qeyd edib ki, bu gün Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir, ölkəmiz günü-gündən inkişaf edir.

Tədbirdə daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib.

Mirmahmud Kazımoğlu

Teqlər: YAP AXC bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR