Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra YAP-ın Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavini postlarına namizədləri məlum olub.
YAP-ın Milli Məclis Sədri postuna namizədi Sahibə Qafarova, Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynli olub.
Qeyd edək ki, Milli Məclisdə bitərəf deputatların Milli Məclis Sədrinin müavini postuna namizədi məlum olub.
Bu gün parlamentdə bitərəf deputatların iştirakı ilə keçirilən toplantıda Milli Məclis sədrinin müavini postuna Adil Əliyevin namizədliyi irəli sürülüb.