Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsi hazırlanıb.
APA-nın məlumatına görə, hazırkı nizamnamə 2021-ci il martın 5-də partiyanın VII qurultayında qəbul edilib.
Nizamnamədə YAP-ın orqanları və strukturu müəyyənləşib.
Yeni Nizamnaməyə əsasən, partiyanın orqanları aşağıdakılardır:
- Qurultay;
- Partiyanın Sədri;
- İdarə Heyəti;
- Təftiş Komissiyası.
Partiyanın strukturuna onun Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı, həmçinin yerli təşkilatlar və onların aparatları daxildir.