“Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb”.
APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi Hüseyn Paşayev deyib.
“Biz bu hərəkəti nəinki hüquqa zidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”, - deyə H. Paşayev qeyd edib.
Mirmahmud Kazımoğlu