• SİYASƏT

    17:03 15 mart 2019

Yeni Zelandiyanın sabiq baş naziri: "Bu, bir faciədir”

"Bu, bir faciədir. Biz ailə üzvlərini və yaxınlarını itirənlərə baş sağlığı veririk”.

ONA xəbər verir ki, bu sözləri VII Bakı Qlobal Forumunda iştirak edən Yeni Zelandiyanın sabiq baş naziri Cenifer Şipli deyib.

O, ölkəsinin 49 vətəndaşını itirdiyini bildirib: “Yeni Zelandiya bunu qəti surətdə pisləyir. Biz çox kədərliyik".

Onun sözlərinə görə, Yeni Zelandiya dini azadlığı yüksək qiymətləndirir və hər bir vətəndaşın dini inancına hörmət edir: “Bakı Forumu islamofobiya və gündəmdəki digər mövzuların müzakirəsində və həll yollarının tapılmasında vacib töhfə verə bilər”.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR