• SİYASƏT

    14:59 4 aprel 2019

Yohannes Hann: "Avropa İttifaqı regionda vəziyyətin düzəlməsinə öz töhfəsini verə bilər"

“Avropa İttifaqı regionda vəziyyətin düzəlməsinə öz töhfəsini verə bilər”.

ONA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Hann Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər regional proqram üzərində işləməklə bağlı razılığa gəliblər. “Biz artıq Gürcüstanın da daxil olduğu xalqlar arasında münasibətlərin qurulmasına yönələn regional proqramı müzakirə etdik. Bununla bağlı yaxın zamanda təkliflər irəli sürəcəyik. Regional əməkdaşlıq bizim töhfə verə biləcəyimiz bir sahədir”, - deyə Y.Hann qeyd edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR