Azərbaycan Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli vəfat edib.
Bu barədə APA-ya onun bacısı Gülayə Quliyeva bildirib.
Onun sözlərinə görə, M.Səfərli bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Bildirilib ki, M. Səfərli 62 yaşında koronavirusdan ölüb.
Qeyd edək ki, M.Səfərli 1958-ci ildə Qubadlıda anadan olub. Milli Məclisin II çağırış deputatı olan M. Səfərli 1993-cü ildən Azərbaycan Yurddaş Partiyasının sədri idi.