• SİYASƏT

    16:25 24 may 2019

Ziyafət Əsgərov: “Müstəqilliyin ilk illərində səriştəsiz adamlar ölkəni pis vəziyyətə qoymuşdular” 

“Azərbaycanın müstəqilliyin ilk illərində avantürist, səriştəsiz adamlar hakimiyyətə gəlib, ölkəni pis vəziyyətə qoymuşdular”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə Mili Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov bildirib ki, həmin adamlar indi hakimiyyətə can atır, sosial şəbəkələrdə ağızlarına gələni yazırlar: “Belə insanlar indi yenidən Azərbaycana rəhbərlik etmək istəyirlər. Sosial şəbəkələrdə böhtan, təhqir yayırlar. Bunlar əxlaqsız adamlardır, onların hərəkətləri əxlaqsızlıqdır. Düzdür, mən burada bu ifadəni işlətmək istəməzdim, ancaq bunu deməyə məcburam”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR