Ali məktəblərə qəbul imtahanlarının vaxtı iyunun 5-dən sonra elan edilə bilər - [color=red]DİM[/color]
  • SOSİAL

  • 11:41 01 İyun 2020

Ali məktəblərə qəbul imtahanlarının vaxtı iyunun 5-dən sonra elan edilə bilər - DİM

“Proseslərin davamı kimi ali məktəblərə və orta ixtisas məktəblərinə qəbul imtahanları da olacaq”. 

ONA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələ ki, bu imtahanlar elan olunmayıb, iyunun 5-dək sənəd qəbulu davam edəcək: “Bu gün saat 10.00-dək 75692 nəfər sənəd verib. Onların 12883 nəfəri əvvəlki illərin məzunlarıdır. Ali məktəblərə qəbul imtahanlarının vaxtını yalnız iyunun 5-dən sonra elan edə bilərik, çünki o vaxta qədər sənəd qəbulu davam edir. Sayı biləndən sonra dəqiq elan olunacaq".

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR