Maskalardan istifadəyə nəzarət ciddi olacaq, cərimələrlə bağlı layihə Milli Məclisdədir - [color=red]QƏRARGAH[/color]
  • SOSİAL

  • 18:39 29 May 2020

Maskalardan istifadəyə nəzarət ciddi olacaq, cərimələrlə bağlı layihə Milli Məclisdədir - QƏRARGAH

“İctimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, qapalı yerlərdə karantin rejiminə nəzarət, maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.  İ. Məmmədov deyib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

İ. Məmmədov deyib ki, ictimai-iaşə müəssisələrində, qapalı yerlərdə, ictimai nəqliyyatda tənəffüs üzvlərini qoruyan maskalardan istifadə, sosial məsafənin qorunması məcburidir: "Yumşalmalar olduqca tələblər də sərtləşəcək. Cərimələrin məbləği hələ tam dəqiqləşməyib, bununla bağlı layihə hazırda Milli Məclisdədir".  

Mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, maskalardan istifadə etməməklə bağlı ciddi cərimələr tətbiq olunacaq: “Yəqin ki, bununla əlaqədar maskalara tələbat da artacaq. Bununla əlaqədar evlərdə maskaların hazırlanması ilə bağlı təlimat da var. Evdə maska hazırlanması ilə bağlı bəhanələr gətirilməməlidir”. 

TƏBİB İH sədri onu da deyib ki, əksər mağaza və marketlərdə maskadan istifadə tələbinə riayət olunmur: "Tələblərə ciddi riayət olunmalıdır. Əks təqdirdə mağaza və marketlərin sahiblərinə qarşı ciddi tədbirlər görüləcək”.

TƏBİB sədri qeyd edib ki, iri ticarət mərkəzlərinə də müştəri maska ilə daxil olmalıdır: “Maskalar həm burun, həm də ağızı qoruyacaq şəkildə istifadə olunmalıdır”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR