• SOSİAL

    19:56 31 may 2019

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı Metropolitenində qeyd ediləcək

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı Metropolitenində qeyd ediləcək.

"Bakı Metropoliteni" QSC-dən ONA-ya verilən məlumata görə, iyunun 1-də saat 11:00-da "İçərişəhər" stansiyasında uşaqlara Əməkdar artist Bəhram Bağırzadənin kitabları paylanacaq. Bu mərasimi kiçik sərnişinlərə daha özəl və yaddaqalan etmək məqsədilə bayram tamaşasına kitabların müəllifi də dəvət olunub. B.Bağırzadə azyaşlı sərnişinlərə ürək sözlərini və imzasını qeyd edərək kitablarını təqdim edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR