• SOSİAL

    18:32 28 fevral 2022

10 azərbaycanlı tələbə Kiyevdən çıxarılıb

Bir neçə gündür Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında çətin vəziyyətdə qalan 9 azərbaycanlı tələbə Ukrayna paytaxtını tərk edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, onların sıralarına daha bir tələbə soydaşımız qoşulub və qatarla Kiyevdən daha təhlükəsiz istiqamətə yola düşüblər. Diasporla İş üzrə Dövlət Komitəsi bildirib ki, tələbələrlə daimi əlaqədədir, onların valideynlərindən və yaxınlarından narahat olmamağı xahiş edir.

Tələbələr uyğun şərait yaranan kimi Ukrayna ilə həmsərhəd olan ölkələrdən birinin ərazisinə keçiriləcək və oradan Azərbaycana təxliyə olunacaqlar.

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR