Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənzadə bu gün xəstəxanadan evə buraxılacaq.
Bu barədə ONA-ya Respublika Perinatal Mərkəzin direktoru, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.
O deyib ki, artıq beşinci gündür ana və uşaq Respublika Perinatal Mərkəzdədir: “Uşağın peyvəndlərinin hamısı vurulub və bu gün onlar evə yola salınacaqlar”.