Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rayon İcra Hakimiyyətlərinin əməkdaşları ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində kütləvi ağacəkmə aksiyaları keçirib.
Nazirlikdən ONA-ya verilən məlumata əsasən, aprelin 6-7-də keçirilən aksiyalar zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21770 ədəd müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.
Ağacəkmə aksiyaları davam edir.