Dövlət İmtahan Mərkəzi (DİM) yaz imtahanından topladığı bal 100-dən az olan abituriyentlərin yay imtahanında iştirak məsələsinə aydınlıq gətirib.
ONA-nın DİM-ə istinadən verdiyi məlumata görə, yaz imtahanından topladığı baldan asılı olmayaraq, abituriyentlər mayın 30-dan iyunun 10-dək qeydiyyatdan keçib yay imtahanında da iştirak edə bilərlər.