• SOSİAL

    15:40 17 may 2019

Azərbaycanda 104 mindən çox insan qan dövranı və tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkir

2019-cu ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 455 min 745 nəfər yararlanıb.

Müraciət edənlərin 279 349 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb. Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 104 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb.

Müayinələr zamanı 21 426 nəfər hospitalizə olunub, 56 083 şəxs dispanser nəzarətinə alınıb, 1 802 587 nəfər əlavə müayinələrə cəlb olunub.

Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 99 233 nəfər sağlamlaşdırılıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR